Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Davamlı İnkişaf üzrə Gənclərin Tədqiqat və Təlim Mərkəzi”nin yaradılması haqqında Əməkdaşlıq Memorandumu imzalanıb

 “Davamlı İnkişaf üzrə Gənclərin Tədqiqat və Təlim Mərkəzi”nin yaradılması haqqında Əməkdaşlıq Memorandumu imzalanıb


Newscenter.az.13.12.2018.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Bu barədə məlumat Newscenter.az-a Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən daxil olub. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında fəaliyyət göstərəcək Mərkəzin əsas məqsədi davamlı inkişaf sahəsi, xüsusilə Dayanıqlı İnkişaf Məqsədləri mövzusu ətrafında gənclər arasında tədqiqat fəaliyyətinin təşviqi, ardıcıl və məqsədyönlü formada təşkili, idarə edilməsi və istiqamətləndirilməsi olacaqdır.

Rektor, akademik Urxan Ələkbərov ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi innovativ idarəetmə texnologiyalarının nəzəri əsaslarının işlənilməsi, onların təcrübədə tətbiqindən danışıb.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Azad Rəhimov, 2015-ci ilin sentyabr ayında Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul olunmuş Dayanıqlı İnkişaf Məqsədlərinin Azərbaycan Respublikasında reallaşdırılması istiqamətindən irəli gələn öhdəliklərlə bağlı dövlət orqanlarının üzərinə düşən vəzifələrin icrasının səmərəli əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 06 oktyabr 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradıldığını xatırlatıb.
Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi arasında qarşılıqlı əməkdaşlığa dair Memorandum imzalanıb.
Xəbəri paylaş