Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Türk Hava Yolları” bu il 70 milyona yaxın sərnişin daşıyıb

“Türk Hava Yolları” bu il 70 milyona yaxın sərnişin daşıyıb


Newscenter.az.13.12.2018.
“Türk Hava Yolları” aviaşirkəti bu ilin noyabr ayında sərnişin və yük dövriyyəsi üzrə göstəricilərini açıqlayıb. Newscenter.az-a daxil olan məlumata görə, hesabat ayında aviaşirkətin yüklənmə səviyyəsi 81,4 faiz təşkil edib. Ötən ilin təsirini nəzərə alaraq sərnişin və kreslo-kilometrlərin sayı, həmçinin yüklənmə səviyyəsindəki artım Türkiyəyə və “Türk Hava Yolları”na olan marağın artmasının mühüm göstəricisidir.

Bu ilin noyabr ayında sərnişin axınının artımı davam edib. Hesabat ayında daşınan sərnişinlərin ümumi sayı 4 faiz artaraq 5,5 milyona çatıb. Yüklənmə səviyyəsi 81,4 faizə qalxıb.

Cari ilin noyabr ayında reyslərin ümumi yüklənmə səviyyəsi 2 faiz artıb. Beynəlxalq reyslər üzrə yüklənmə səviyyəsi 3 faiz bəndi artaraq 81 faizə, daxili reyslər üzrə yüklənmə səviyyəsi isə 84 faizə çatıb. Hesabat ayında beynəlxalq tranzit sərnişinlərinin sayı təxminən 8 faiz, tranzit sərnişinlər istisna olmaqla, beynəlxalq sərnişinlərin ümumi sayı 13 faiz artıb.

Cari ilin yanvar-noyabr aylarında tələbat və sərnişinlərin ümumi sayı əvvəlki ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 10 faiz artıb. Hesabat dövründə aviaşirkət tərəfindən 69,7 milyon sərnişin daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,5 faiz çoxdur.

Yanvar-noyabr aylarında reyslərin ümumi yüklənmə səviyyəsi 3 faiz bəndi artaraq 82 faizə çatıb. Beynəlxalq aviareyslər üzrə yüklənmə səviyyəsi 3 faiz bəndi artaraq 82 faizə, daxili reyslər üzrə yüklənmə səviyyəsi isə təqribən 1 faiz bəndi artaraq 85 faizə çatıb. Hesabat dövründə beynəlxalq aviareyslər üzrə sənişindaşıma (tranzit sərnişinlər istisna olmaqla) 12 faiz artıb.

Cari ilin ilk 11 ayı ərzində daşınan yüklərin/poçtun həcmi 25 faiz artaraq 1,3 milyon tondan çox olub.
Xəbəri paylaş