Newscenter.az.3.01.2019. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Vətəndaşların Qəbulu Mərkəzinə ötən il ərzində 27 000-dən çox müraciət daxil olub.
Newscenter.az-a Təhsil İdarəsindən daxil olan məlumata görə, daxil olmuş müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ şəkildə həll olunub.
2 564 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada BŞTİ-nin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. BŞTİ-yə vətəndaşlar tərəfindən 9 310 ərizə, müxtəlif qurumlardan 12 366 məktub və 4 793 elektron müraciət daxil olub.
Daxil olan müraciətlər daha çox müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəhazırlıq qruplarına və I sinfə uşaqların qəbulu, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması, informasiya təminatı, işə qəbul və digər məsələləri əhatə edib.
R.Mehdiyeva