Abşeron Rayon İcra Hakimiyyəti 17-18 yanvar 2019-cu il tarixlərində ölkə ərazisində hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar önləyici tədbirlər həyata keçirilib. Qeyd edək ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına əsasən həmin tarixdə temperaturunun ötən günlə müqayisədə 10 dərəcə aşağı düşəcəyi gözlənilir. Yağıntının sulu qara, qara keçəcəyi, dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı, şimal-qərb küləyinin Abşeron yarımadasında 28-33 m/s-dək, yarımadanın bəzi yerlərində arabir 35-38 m/s-dək yüksələcəyi, açıq dənizdə isə arabir 38-40 m/s-dək şiddətlənəcəyi, dalğaların hündürlüyününü 6-8 metr və daha çox olacağı ehtimal edilir.
Qeyd olunanlarla əlaqədar əhalinin gözlənilən təhlükəli hidrometeoroloji hadisədən zərər görməməsi üçün bütün zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi məqsədi ilə Abşeron RİH-də Rayon Fövqəlada Hallar Komissiyasının sədri, başçının müavini İlham Quliyevin rəhbərliyi ilə qərərgah yaradılıb. Hava şəraiti ilə əlaqədar inzibati-ərazi vahidində aidiyyəti dövlət orqanlarına, bələdiyyələrə lazimi göstərişlər verilib.
Sakinlərdən xahiş olunur ki, qarşılaşdıqları fövqəlada hadisələrlə bağlı aşağıdakı telefon nömrələrinə məlumat verinlər:
012-342-40-00
012-342-11-16
012-342-82-00