2019-2020-ci tədris ili üzrə “Türkiyə bursları” təqaüd proqramı elan edildi
Tarix: 18-01-2019, 15:35
Newscenter.az.18.01.2019. Türkiyə Respublikası tərəfindən 2019-2020-ci tədris ili üzrə “Türkiyə bursları” təqaüd proqramı elan olunub. Newscenter.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, təqaüd proqramı bakalavriat, magistratura, doktorantura səviyyələrini əhatə edir.
Proqramda iştirak üçün sənədlərin qəbulu https://www.turkiyeburslari.gov.tr/ səhifəsi vasitəsilə cari ilin fevralın 20-dək aparılacaq.
Təqaüd proqramı tələbələr üçün nəzərdə tutulmuş bütün xərcləri əhatə edir.