Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“AtaSığorta” ASC iri sığorta ödənişləri həyata keçirib

“AtaSığorta” ASC iri sığorta ödənişləri həyata keçirib


Newscenter.az.18.01.2019. 2018-ci ilin oktyabr ayında qatarla sərnişin daşıma avtobusunun toqquşması nəticəsində baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı “AtaSığorta” ASC tərəfindən sığorta ödənişlərinin verilməsinə başlanılıb. Newscenter.az-a şirkətdən bildirilib ki, sığorta hadisəsi 01 oktyabr 2018-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində dəmir yolu keçidində baş verib. Belə ki, yol nəqliyyat hadisəsi zamanı avtobus sürücüsü ilə birlikdə avtobusda cəmi 42 nəfər olub, onlardan 3-ü ölmüş, digərləri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Qəzada sağlamlığa dəymiş xəsarətlər üzrə ödənilmiş və ödəniləcək sığorta ödənişlərinin cəmi məbləği 47 250 (qırx yeddi min iki yüz əlli) manat təşkil edir.

Üç əmlaka cəmi 42 962 manat, belə ki, kamaz markalı avtomobilə 3 485 manat, qatara 27 222 manat və dəmiryolu məntəqəsinə 12 255 (on iki min iki yüz əlli beş) manat zərər dəyib.
Qeyd olunanlara əsasən “İcbari Sığortalar haqqında” AR Qanununun 58.3-cü maddəsinə əsasən əmlaka dəyən zərərlə bağlı sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçiriləcək.
Xəbəri paylaş