Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qarabağ qazisi ölkə başçısına müraciət etdi

Qarabağ qazisi ölkə başçısına müraciət etdi


Newscenter.az.18.01.2019. Qarabağ bizim ağrılı yerimizdir. Məhz Qarabağ uğrunda minlərlə vətən oğlu canını fəda edib. Minlərlə vətən oğlu isə qazi olub. Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev hər zaman Qarabağ şəhidlərinə, qazilərinə diqqətini əsirgəmir. Mütamadi olaraq onların sosial problemlərinin həll edilməsi yolunda sərəncamlar verir. Məhz aparılan uğurlu siyasətin nəticəsidir ki, bütünlüklə Qarabağ qaziləri ölkə başçısının himayəsi altındadır. Prezident İlham Əliyevin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının icrası ilə əlaqədar şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi artıq başa çatıb. Artıq Ölkə Başçısının bu himayəsini bütün ölkə vətəndaşları hiss edir. Ancaq nədənsə bəzi məmurlar öz işləri ilə ölkə başçısının apardığı işlərə xələl gətirmək istəyirlər. Şəhid ailələrinə, Qarabağ qazilərinə haqsızlıq edirlər.

Redaksiyamıza müraciət edən Qarabağ döyüşlərinin iştirakçısı Laçın rayon Vağazin kənd sakini Etibar Xəlil oğlu Hüseynov da məmur özbaşnalığından şikayətçidir. Bu haqsızlıqdan bezən Etibar Hüseynov saytımız vasitəsilə ölkə başçısından kömək istəyir. Qarabağ qazisinin yazdığı müraciəti olduğu kimi təqdim edirik:

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə Surəti:
Azərbaycan Respublikasının Daxili Usubova Surəti:
Azərbaycan Respublikasının Təhsil Naziri Cənab Ceyhun Bayramova Surəti:
Azərbaycan Respublikasının Baş Prokuroru Cənab Zakir Qaralova Surəti:
10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi cənab Malik Vəliyeva Surəti :
Xocavənd Təhsil Şöbəsinin müdiri cənab Ümidvar Məmmədova

Qaradağ rayonu, Müşviqabad qəsəbəsində məskunlaşan məcburi köçkün, Qarabağ qazisi Hüseynov Etibar Xəlil oğlu tərəfindən
Ərizə

Cənab Prezident! Bildirirəm ki, məcburi köçkün kimi ailəmlə birlikdə Müşviqabad qəsəbəsi yaxınlığında məskunlaşmışıq. Sizi narahat etməyin səbəbi isə Müşviqabad qəsəbəsində fəaliyyət göstərən Xocavənd rayon Nərimanlı kənd tam orta məktəbində baş verən qanunsuzluqları diqqətinizə çatdırmaqdır. Belə ki, həmin məktəbdə direktor vəzifəsini icra edən Zülfüqarova Aidə Əli qızı məktəbi təhsil ocağı kimi deyil, ticarət obyekti kimi idarə etməsidir. Məktəbdəki müəllimlərin bir çoxunu şagirdlər tanımır, çünki həmin müəllimlər dərsə gəlmir. Ancaq Aidə Zülfüqarova qanunsuz olaraq onlara əməkhaqqı yazır. Məktəbdə normal dərs keçirilmir. Yuxarı sinif şagirdləri Aidə Zülfüqarova tərəfindən aylığa buraxılır. Adları məktəbdə olan şagirdlər var ki, onlar ümumiyyətlə məktəbi tanımır. Çünki həmin şagirdlər bölgələrdə yaşayır. Tədris o qədər zəifdir ki, jurnallar yazılmır. Məktəb rəhbərliyinə dəfələrlə müraciət etsəkdə heç bir nəticə yoxdur. Məktəbi idarə edən Aidə Zülfüqarova özü başqa ərazidə yaşadığından, məktəbə kefi istədiyi zaman gəlir. Hətta adına olan dərs saatlarını belə keçmir. Aidə Zülfüqarova direktorların işə qəbul imtahanında iştirak etməyib. Ən dəhşətlisi isə müəllimlərin işə qəbul imtahanından 18 baldan az toplayıb. Amma nədənsə məktəbin idarəçiliyi ona tapşırılıb.

Cənab Prezident! Nədənsə Xocavənd Təhsil Şöbəsi Aidə Zülfüqarovanın qanunsuzluqlarına göz yumur. Təhsil Şöbəsinin müdiri Ümidvar Məmmədova hər ay A. Zülfüqarovaya qanunsuzluqlarını ört-basdır etmək üçün təlimatlarını verir. Xocavənd RTŞ-si dövlət qurumu olsa da , yuxarı qurumların eyni zamanda vətəndaşların ərizə və şikayətlərinə baxmır. Hətta 10 dekabr 2018-ci il tarixdə satt 15:00 radələrində özünü Xocavənd RTŞ-nin işçisi kimi təqdim edən bir şəxs 055-858-98-08 nömrə ilə zəng edərək mənə hədə qorxu gəldi. Zəng edən şəxs məktəbülin onların şəxsi müəssisəsi olduğunu bildirdi. Daha sonra 10, 11 dekabr 2018-ci il tarixdə A. Zülfüqarova məktəbin II-ci və IV –cü sinif lərində təhsil alan qardaşımın uşaqları Hüseynov Pərvaz Məhəmməd oğlunu və Hüseynov Xəlil Məhəmməd oğlunu mənə görə məktəbdə müəllimə yaraşmayandavranış göstərərək onları söyüb təhqir edir, təzyiq göstərir, həmin uşaqları ayaq üstə saxlayıb işgəncə verib. Üstəlik elə həmin gün, A.Zülfüqarova evimə hücum edərək ailəmi təhqir edib.

Cənab Prezident! 4 və 7 yanvar 2019-cu il tarixlərində müxtəlif vəzifə daşıyan şəxslər və “qoçu”lar evimə hücum edərək məni və ailəmi təhqir edir, bizi təhdid edirlər. Açıq şəkildə məni tutdurmaqla, şərləyib həbs etdirməklə, öldürməklə hədələyirlər. Ancaq Xocavənd Rayon Təhsil Şöbəsinin müdiri Ü.Məmmədov vaxtında tədbir görsəydi bu hadisələr baş verməzdi. Görünür A.Zülfüqarova hesab edir ki, onu vəzifəsi himayədarları vasitəsilə insanları susdurmaqdır. Bu insanlar başa düşmək istəmirlər ki, məktəb onların şəxsi müəssisəsi deyil. Əgər mənim həyatıma hansısa təhlükə yaranarsa adıçəkilən şəxslər məsuliyyət daşıyır. Məhz bu qoçu dəstəsindən qorunmaq üçün telefon nömrəmi dəyişməyə məcbur oldum. Sizdən xahiş edirəm Xocavənd rayon Nərimanlı kənd tam orta məktəbinin direktor əvəzi Aidə Zülfüqarovanın özbaşınalıqlarına son qoyulsun və ona hüquqi qiymət verilsin.

Cənab Prezident! İki aya yaxındır ki, Nərimanlı kənd orta məktəbində baş verən özbaşnalıq haqqında müxtəlif orqanlara o cümlədən Xocavənd RTŞ-nin müdiri Ümidvar Məmmədova müraciət etsəmdə, bu günə qədər mənə cavab verilmir. Görünür Ümidvar Məmmədov bu qanunsuzluğun ört-basdır edilməsində maraqlıdır. Məktəbə yoxlamalar gəlmədən öncə məktəbin direktor əvəzi A. Zülfüqarova məlumatlandırılır. Mən Baş Prokurorluqdan, Təhsil nazirliyindən nəinki Nərimanlı kənd tam orta məktəbini, həmçinin Xocavənd RTŞ-nin yoxlanılmasını xahiş edirəm.

İmza: Hüseynov.E.X

P.S ... Qarşı tərəflə əlaqə saxlamaq cəhdlərimiz nəticə vermədi. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Xəbəri paylaş