Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qida Təhlükəsizliyi Agentliyində 20 Yanvar faciəsinin qurbanları yad edilib

Qida Təhlükəsizliyi Agentliyində 20 Yanvar faciəsinin qurbanları yad edilib


Newscenter.az.18.01.2019. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunan tədbir keçirilib. Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Newscenter.az-a Agentlikdən bildirilib ki, tədbirdə çıxış edən Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev 20 Yanvar faciəsinin müstəqil Azərbaycan dövlətinin tarixinə şərəf və qəhrəmanlıq səhifəsi kimi yazıldığını bildirib. Sədr müavini şəhidlərimizin qanının hədər axmadığını, o qanlar bahasına bugünkü azadlığımızın, müstəqilliyimizin, dövlət quruculuğumuzun, qüdrətli Azərbaycanın bünövrəsinin qoyulduğunu, gələcək nəsillərin də onları böyük ehtiramla xatırlayacaqlarını qeyd edib.

Həmin hadisələrin canlı şahidi olmuş agentliyin şöbə müdiri, Respublikanın Baş Dövlət Baytarlıq Müfəttişi Qalib Əbdüləliyev konstitusion hüquqlarının bərqərar edilməsini tələb edən dinc və silahsız əhalinin, azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan vətən övladlarının vəhşicəsinə qətlə yetirildiyini, 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsinin yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün olduğunu vurğulayıb.

Tədbirdə, həmçinin 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş film nümayiş etdirilib.
Orxan
Xəbəri paylaş