Newscenter.az.25.01.2019. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, PROAKTİV PR şirkəti və Avrasiya Beynəlxalq Əlaqələr və Araşdırmalar İctimai Birliyi üç ay əvvəl ölkəmizdə ilk dəfə olaraq Korporativ Sosial Məsuliyyət (KSM) layihələri üzrə ümumrespublika müsabiqəsini elan edib.
ASK-dən Newscenter.az-a bildirilib ki, layihənin əsas məqsədi ölkəmizdə sahibkarlıq subyektləri tərəfindən həyata keçirilən Korporativ Sosial Məsuliyyət layihələrinin sayının artırılmasına təkan vermək, həmçinin KSM layihələr həyata keçirən şirkətlərin fəaliyyətini bir daha geniş miqyasda təqdir etməkdir.
Müsabiqəyə layihə qəbulu 01 oktyabr 2018-ci ildən 30 noyabr 2018-ci il tarixinədək davam edib. Qəbul olunan layihələr bir sıra dövlət qurumlarının nümayəndələrindən ibarət Komissiya üzvləri tərəfindən anonim olaraq qiymətləndirilib və müxtəlif sektorlar və nominasiyalar üzrə uğurlu KSM layihələr həyata keçirmiş şirkətlərin Milli KSM Mükafatı və xüsusi diplomlarla təltif olunması nəzərdə tutulub.
Bu münasibətlə 29 yanvar 2019-cu il tarixində Bakı Konqres Mərkəzində müsabiqədə qalib gəlmiş şirkətlərə mükafatların təqdim edilməsi mərasimi keçiriləcək.