Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

SOCAR keçən il 160 min metrdən artıq qazma işi həyata keçirib

SOCAR keçən il 160 min metrdən artıq qazma işi həyata keçirib


Newscenter.az.29.01.2019.
SOCAR 2018-ci il ərzində 160 min metrdən artıq qazma işi həyata keçirib. Newscenter.az Şirkətə istinadən xəbər verir ki, SOCAR-ın qaz hasilatı əvvəlki il ilə müqayisədə 7,2% artıb. Ölkə üzrə 38,8 milyon ton neft2 və 30,49 milyard kubmetr qaz hasil edilib

2018-ci ildə SOCAR tərəfindən 23,88 milyon ton xam neft3 , 1,8 milyon neft emalı və neft-kimya məhsulları 4, 1,42 milyard. kubmetr qaz5 ixrac edilib.

Ötən il şirkət reallaşdırdığı təbii qazın 89%-ə yaxın6 hissəsini Azərbaycanın daxili tələbatına yönləndirərək, ölkədaxili tələbatı tam təmin edib. 2018-ci il üzrə SOCAR-ın əsas effektivlik göstəriciləri üzrə artım davam edib. İl ərzində SOCAR tərəfindən, əməliyyat şirkətləri və birgə müəssisələr istisna olmaqla, 160 min metrdən artıq qazma işi həyata keçirilib ki, bu da əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 16,6% çoxdur.

2018-ci ildə SOCAR üzrə hasilat 7,54 milyon ton neft7 , 6,53 milyard kub metr qaz8 təşkil edərək, əvvəlki ilin analoji göstəriciləri ilə müqayisədə, müvafiq olaraq, 1,6% və 7,2% nisbətində yüksəlib. Ümumiyyətlə, 2018-ci ildə respublika üzrə 38,81 milyon ton neft və 30,49 milyard kubmetr təbii qaz hasil olunub. Beləliklə illik neft hasilatı nisbətən sabit qalıb , qaz hasilatı isə 6,6% artıb.

Ötən il SOCAR tərəfindən 23,88 milyon ton xam neft ixrac olunub. Eyni zamanda Azərbaycandan 1,8 milyon ton emal olunmuş neft və neft-kimya məhsulu ixrac edilib.
Xəbəri paylaş