Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Aİİ “Qış məktəbi” layihəsinə başlayır

Aİİ “Qış məktəbi” layihəsinə başlayır


Newscenter.az.30.01.2019. Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) yanvarın 31-də Şamaxı rayonunda “Din, mədəniyyət və cəmiyyət” mövzusunda “Qış məktəbi” təşkil edəcək.

Təhsil ocağından Newscenter.az-a bildirilib ki, fevralın 2-nə qədər davam edəcək layihə çərçivəsində ümummilli lider Heydər Əliyevin Şamaxı rayonunda ucaldılan abidəsini ziyarət olunacaq. Həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə bərpa edilən, Vətənimizin yaşı əsrlərlə ölçülən Dəmirçi məscidi və Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulan, Qafqazın ən qədim məscidi olan Şamaxı Cümə Məscidi ilə tanışlıq; Avaxıl kəndində yerləşən Pir Ömər türbəsinə səfər, həmçinin Şamaxı Astrofizika Rəsədxanasına ekskursiya nəzərdə tutulub.
Xəbəri paylaş