Newscenter.az.30.01.2019. Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü proqramının təşkilatçılığı ilə 2 fevral – Gənclər Günü münasibətilə keçirilən "Gəncliyin bir həftəsi" adlı tədbir davam edir.
Newscenter.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, tədbirin üçüncü günü proqramın “Zövq al” istiqaməti çərçivəsində 6 komandanın iştirakı ilə “Breyn rinq” intellektual yarışı keçirilib. Yarışda “Öyrət” komandası qalib olub.
"Gəncliyin bir həftəsi" gənc tələbə-könüllülərin şəxsi inkişafının təmin olunması, dünyagörüşlərinin artırılması, asudə vaxtlarının səmərəli dəyərləndirilməsi, könüllülük dəyərlərinin aşılanması məqsədi daşıyır.
"Gəncliyin bir həftəsi"ndə hər gün proqramın 6 istiqaməti (“Yaşa”, “Yaşat”, “Öyrən”, “Öyrət”, “Kəşf et”, “Zövq al”) üzrə təlimlər, görüşlər, intellektual və komanda oyunları, tələbə-könüllülərin ifasında konsert proqramı keçiriləcək.
Tədbir fevralın 2-dək davam edəcək.