Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İctimai Birlik sədrindən radikallara mesaj- Gör nə qədər ələbaxımsınız

İctimai Birlik sədrindən radikallara mesaj- Gör nə qədər ələbaxımsınız


Newscenter.az.8.02.2019. “Bir neçə gündür sosial şəbəkələrdə asayişi pozduqlarına görə 5-10 sutka iş almış xaos müxalifətinin gəncləri çox xoşbəxtcəsinə Avropa məhkəməsinin mitinqlərdə həbs olunanlara 14000 avro odəyəcəyi ilə bağlı statuslar paylaşırlar. Utanım yerinizə. Gör nə qədər ələbaxımsınız”.

Newscenter.az xəbər verir ki, bu fikirləri “Hilal” İctimai Birliyinin sədri Arzuman Abdulkərimov səsləndirib. O, bildirib ki, ümumiyyətlə elə prosedur yoxdu:

“İkincisi: siz mitinqə görə yox, mitinqdən sonra şəhərdə ictimai asayişi pozduğunuz üçün tutulmusunuz. Üçüncüsü: gör nə ilə fəxr edirsiniz, Dövlətini şikayət etməklə”. İctimai Birlik sədri daha sonra qeyd edib: “2005-ci ildə deputatlığa namizəd idim. Azadlıq blokunu təmsil edirdim. Seçkidən sonra bloku təmsil edənlərin əksəriyyəti Avropa məhkəməsinə şikayət etdilər və çoxları 10000 avro məbləğində təzminat aldı.Mənə də belə bir təklif oldu. Amma təklif edən adama mən dövlətimdən heç vaxt şikayət etmərəm təpkisi verdim. Bu gün də hesab edirəm ki, düz etmişəm. Bu arada, bu günlərdə Türkiyə dövləti tərfindən haqqında soruşdurma açılmış, əziz dostum, əsl dövlət adamı Sedat Peker bəylə aramızda olan bir söhbəti xatırladım. Sedat bəydən soruşdum ki; nə üçün həbsdən çıxdıqdan sonra Avropa məhkəməsinə şikayət etmədin? Cavabı belə oldu ki, dövlət bizim babamızdır, babamız bizi döydükdə qonşuya şikayət edək? O açıdan, mən dövlətimi başqa dövlətə şikayət etmərəm. Bu bir Türk millətçisinin cavabı idi. Yeri gəlmişkən Sədat bəy bu sıxıntını da atladacaq. Çünki, nə etdisə Türk Dövlətinin çıxarları üçün etdi”.
Xəbəri paylaş