Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

OPEC+ ölkələrinin Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclası Bakıda keçiriləcək

OPEC+ ölkələrinin Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclası Bakıda keçiriləcək


Newscenter.az.12.03.2019. Cari ilin 17-18 mart tarixlərində Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Müştərək Texniki Komissiyasının (JTC) 27-ci və Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclasları keçiriləcək.

Bu barədə məlumat Newscenter.az-a Energetika Nazirliyindən daxil olub. Bildirilib ki, indiyə kimi 14 ölkənin yüksək səviyyədə iştirakı təsdiqlənib. Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) iclasında OPEC-in Baş katibi Məhəmməd Barkindo ilə yanaşı, OPEC Konfransının prezidenti, Venesuelanın neft naziri və Dövlət Neft Şirkətinin prezidenti Manuel Kevedo Fernandes,JMMC-nin sədri, Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih iştirak edəcək. Tədbirdə OPEC üzvlərindən Əlcəzairi energetika naziri Mustafa Qituni, BƏƏ-ni energetika və sənaye naziri Suheyl əl-Mazrui, Kuveyti neft, elektrik və su naziri Xalid Əl-Fadhel, İraqı baş nazirin müavini,neft naziri Tamer əl-Qadban, Nigeriyanı neft ehtiyatları naziri Emmanuel Kaçikvu, Konqonu neft nazirinin müşaviri Jean Baptiste Pouti, Liviyanı isə Milli Neft Korporasiyasının idarə heyətinin sədri Mustafa Sanalla təmsil edəcək. Qeyri-OPEC ölkələrindən isə Rusiya Federasiyasının energetika naziri Aleksandr Novak, Qazaxıstanınenergetika naziri Kanat Bozumbayev, Sudanın neft və minerallar naziri Azhari Abdalla, Bəhreynin neft nazirinin müşaviri Naser əl-Sovaidi vəBruneyin energetika və sənaye nazirinin müavini Matsateji Sokiavın iştirakı nəzərdə tutulub.

Ölkə Prezidentinin məqsədyönlü enerji siyasətinə uyğun olaraq neft bazarında balansın qorunması və qiymət sabitliyinə nail olmaq məqsədilə Azərbaycanın OPEC təşəbbüsünə ilk vaxtlardan qoşulması və tənzimlənmə prosesində fəal rolu OPEC Katibliyi tərəfindən də yüksək qiymətləndirilib, OPEC-Azərbaycan əlaqələrinin inkişafını təmin edib. OPEC tədbirlərindən birinin Bakıda keçirilməsi təklifi də bu əməkdaşlıq çərçivəsində məhz Azərbaycan Prezidenti tərəfindən ötən il martın 18-də OPEC Baş katibi Məhəmməd Barkibdonun ölkəmizə səfəri zamanı irəli sürülüb. Bu təklif OPEC+ ölkələritərəfindən müsbət qarşılanaraq, neft bazarının vəziyyətinə dair toplantıların cari ilin martında eyni tarixdə neft vətənində - Bakıdakeçirilməsinə razılıq verilib.
Xəbəri paylaş