Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ölkəyə yatırılan investisiyalar azalır

Ölkəyə yatırılan investisiyalar azalır


Newscenter.az.30.03.2019. Hökumətin cəhdlərinə rəğmən ölkəyə yatırılan birbaşa investisiyalar azalmaqda davam edib. Bunu 2018-ci il üzrə tədiyə balansının göstəriciləri deyir.

Newscenter.az xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Samir Əliyev səsləndirib. O, bildirib ki, təkcə ötən il birbaşa investisiyalar 66,8% azalaraq $2,9 milyarddan $952,9 milyona düşüb:

"Halbuki 2015-ci ildə bu göstərici $4 milyardan da çox olub. Azalmanın səbəbi həmçinin kapitalın repatriasiyasının 2017-ci ill müqayisədə artımı ($336 milyon) olub. İnvestisiyanın azalmasının əsas səbəbkarı onu həmişə dəstəkləyən neft sektoru olub. 2018-ci ildə neft sektoruna birbaşa investisiyalar 87% azalaraq $2 milyarddan $288,6 milyona düşüb".

Samir Əliyev deyib ki, qeyri-neft sektoru birbaşa investisiyalar 2016-cı ildə $1,7 milyarda yüksəlsə də 2017-ci ildə $785,8 milyona, 2018-ci ildə isə $664,3 milyona düşüb. Ötən il azalma 15,5% olub və bu, 2014-cü ildən bəri ən aşağı göstəricidir.
Xəbəri paylaş