Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Astara rayonunda “Psixi sağlamlığımızı qoruyaq” adlı tədbir keçirilib

Astara rayonunda “Psixi sağlamlığımızı qoruyaq” adlı tədbir keçirilib


Newscenter.az.22.04.2019. Astara rayon İcra Hakmiyyəti, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərəzi və Psixoloji Xidmət və Tədqiqatlar İB-nin təşkilatçılığı ilə Astara rayon Heydər Əliyev Mərkəzində “Psixi sağlamlığımızı qoruyaq” adlı tədbir keçirilib.

Newscenter.az xəbər verir ki, tədbirdə “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin baş psixoloqu, psixologiya üzrə fəlsəfə doktoru Elmira Mirzəyeva, Astara rayon İcra Hakmiyyətinin İctimai - siyasi və Humanitar məsələlər üzrə baş məsləhətçisi Vüsale Quliyeva, Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Fikrət Talıbov, Təhsil şöbəsi müdirinin müavini Sultanağa Baxşiyev, Rayon təhsil şöbəsi üzrə məsləhətçi Baloğlan Əliyev, rayonun təhsil işçiləri, məktəbəqədər təhsil nümayəndələri və yerli sakinlər iştirak ediblər.

Çıxış edən “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin baş psixoloqu, psixologiya üzrə fəlsəfə doktoru Elmira Mirzəyeva tədbiri təşkilində göstərdikləri diqqətə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib və natiq ilkin və təcili psixoloji yardım, psixoanaliz, böhran vəziyyəti, ailə terapiyası, davranış psixologiyası, neyropsixologiya, psixopatologiya, klinik psixologiya, psixoloq, psixoloji problem, psixoloji yardım anlayışlarının mənalarının lakonik və məzmunlu formada ifadə olunduğunu diqqətə çatdırıb.

Tədbirdə psixoloji müayinə üçün sualları olanlarla söhbət aparılıb. O cümlədən, gün ərzində yerli sakinlər üçün yaş məhdudiyyəti nəzərə alınmadan psixoloji, pedaqoji və loqopedik müayinələr göstərilib.
Xəbəri paylaş