Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu ilin 3 ayı ərzində ölkədə 10 minə yaxın elektron imza sertifikatı istifadəyə verilib

Bu ilin 3 ayı ərzində ölkədə 10 minə yaxın elektron imza sertifikatı istifadəyə verilib


Newscenter.az.22.04.2019. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) elektron imza ilə bağlı növbəti statistik göstəriciləri açıqlayıb. Bu barədə məlumat Newscenter.az-a nazirlikdən daxil olub.

MHM-in Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən istifadəyə verildiyi gündən 2019-cu ilin 1 aprel tarixinədək ümumilikdə 176.724 elektron imza sertifikatı istifadəyə verilib. Onlardan 98.044-ü dövlət qurumları, 43.480-i hüquqi şəxslər, 35.200-ü fiziki şəxslər tərəfindən əldə olunub.

Cari ilin ilk rübündə isə istifadəyə verilən e-imza sertifikatlarının sayı 9.832 ədəd təşkil edib. Bu sertifikatlardan 6.776-sı dövlət qurumlarının, 1.920-si hüquqi şəxslərin, 1.136-sı fiziki şəxslərin payına düşüb.

Son bir ayda istifadəyə verilən e-imza sertifikatlarının sayı 3.474 olub. Belə ki, 2019-cu ilin mart ayında dövlət qurumlarına 2.792, hüquqi şəxslərə 436, fiziki şəxslərə isə 246 e-imza sertifikatı verilib.

Elektron imza istifadəçilərinin sayının artması aparılan əməliyyatların sayının artmasına da təsir göstərir. Bu günə qədər dövlət qurumları tərəfindən 35.931.171, hüquqi və fiziki şəxslər tərəfindən 10.214.657 olmaqla, ümumilikdə 46.145.828 autentifikasiya və e-imza əməliyyatı aparılıb. 2019-cu ilin birinci rübü ərzində isə aparılan əməliyyatların ümumi sayı 822.446 olub. Onlardan dövlət qurumlarının payına toplam olaraq 598.250, hüquqi və fiziki şəxslərin payına isə toplam 224.196 autentifikasiya və elektron imza əməliyyatı düşüb.

Qeyd edək ki, e-imza virtual məkanda şəxsiyyəti müəyyənləşdirmə vasitəsidir. Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən, elektron imza ilə imzalanan elektron sənədlər əl imzası ilə imzalanan və möhürlənən sənədlərə bərabər tutulu
Xəbəri paylaş