Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Millət vəkili seçicilərlə görüşüb

 Millət vəkili seçicilərlə görüşüb


Newscenter.az.22.04.2019. 42 saylı Sumqayıt ikinci seçki dairəsi üzrə görülmüş işlər və qarşıda duran prioritet məsələlər” mövzusunda tədbir keçirlib. Newscenter.az xəbər verir ki, Milli Məclisin deputatı Tahir Mirkişili ilə İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədovun və Sumqayıt şəhər Bələdiyyəsinin sədri Soltan Əsədovun 42 saylı Sumqayıt ikinci seçki dairəsinin Məhəllə Komitələrinin sədrləri və Ağsaqqallar Şurasının üzləri ilə görüşü keçirilib.

Görüşdə məhəllə və mikrorayon ərazilərində son illərdə görülmüş işlər barədə məlumatlar verilmiş, gələcəkdə qarşıya qoyulan məsələlər haqqında müzakirələr aparılıb.

Sonda Məhəllə Komitələrinin sədrləri və Ağsaqqallar Şurasının üzvlərini maraqlandıran suallar cavablandırılıb.
Xəbəri paylaş