Newscenter.az.22.04.2019. Ukraynada Zelinskinin seçkilərdə böyük faiz üstünlüyü ilə prezident Proşenkoya qalib gəlməsi ukraynalıların yeniliyə səs verməsinin nəticədir. Qeyd edim ki, Ukrayna xalqı bu səfər seçki qutularında inqilab elədi. Bu ukraynalıların mövcud siyasi liderlərə və prosesə qarşı səssiz dəyişim inqilabı idi.
And içmədən sonra Zelinski güclü və etimad hökuməti formalaşdıracaq. Yəhudi oliqarxiyasına yaxın Zelinskiyə Vaşinqton tam dəstək verəcək. ABŞ öz təlimatçılarını Kiyevə göndərərək mövcud siyasi kursla bağlı yeni prezidentlə bir neçə ay çalışacaqlar.
Bu seçkilər birdaha Ukrayna xalqını Qərb dəyərlərinə yaxınlaşdırdı. Təbii ki, Qərb bir qədər yeni prezidentin Rusiya ilə bağlı siyasi oriyentasiyasını gözləyəcək. Çünki, naşı və şoumen olan bir şəxsin strateji postda təlimatçıları tərəfindən yönləndiriləcək.
Rusiya ilə münasibətlərə gəldikdə isə, Zeliniski çalışacaq ki, Moskva ilə mümkün dialoqu davam etdirsin, konfontrasiyaya getməsin. Yeni münaqişə alovlanmasın. Krımı və Donbasın geri qaytarılmasına gəldikdə, bu, Zelinski üçün mümkün olmayan bir işdi. Çünki, işğal faktoru Ukraynanın Qərbə inteqarasiyasından dolayı geosiyasi mübarizənin təzahürüdür. Sadəcə, yeni prezident ölkədə iqtisadi və sosial sıçrayışa gətirə bilən islahatlara gedəcək. Ukrayna xaloqının da istəyi bürokratiyanın sonu, ölkədə sosial rifahın yaxşılaşdırılmasıdır.
Zelinsikinin seçilməsi Rusiyada ictimai-siyasi proseslərə təsir edəcək. Rusiyada seçkilərdə siyasətdən kənar şəxslər meydana atılarsa, xalqın etimadını qazanacaq .
Məhəmməd Əsədullazadə, politoloq