Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ALDP sədri Çernobıl əlili ilə bağlı merə müraciət edib

ALDP sədri Çernobıl əlili ilə bağlı merə müraciət edib


Newscenter.az.23.04.2019. 2 qrup Çernobil əlili Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevə müraciət edib. Müraciətdə Suraxanı rayon İcra Hakimiyyətinin Başçısının 422 №-li, 04 aprel 1997-ci ildə verdiyi sərəncamına əsasən, ona Yeni Günəşli qəsəbəsi “D” masivində yerləşən ticarət cərgəsində köşk quraşdırılmasına icazə verilməsinə baxmayaraq bu günə gədər köşk tikilməsinə icazə verilməməsini geyd edib.

Bununla bağlı ALDP sədri Fuad Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı Eldar Əzizova məktub göndərib.

Məktubda deyilir:

Hörmətli Eldar müəllim!

İllər boyu yığılan problemləri bir anda həll etmək mümkün deyil. Buna vaxt lazımdır. Bu illər boyu yüzlərlə şikayətçi ilə görüşmüşəm və onlara problemlərin həllində kömək etməyə çalışmışam. Növbəti şikayətçinin, 2 qrup Çernobıl əlili Əhmədov Tofiq Camal oğlunun, mənə olan müraciətini Sizə çatdırmaq istəyirəm və Sizdən bu məsələdə ona köməklik etməyinizi xahiş edirəm.

Şikayətçi öz müraciətində bildirir ki, Suraxanı rayon İcra Hakimiyyətinin Başçısının 422 №-li, 04 aprel 1997-ci ildə verdiyi sərəncamına əsasən, ona, Yeni Günəşli qəsəbəsi “D” masivində yerləşən ticarət cərgəsində köşk quraşdırılmasına icazə verilmişdi. Baxmayaraq ki, bu illər dövründə həmin ticarət cərgəsində yüzlərlə ticarət obyektləri tikilib, amma ailəsini dolandırmaq üçün, işsiz, Çernobıl əlili olan Tofiq Əhmədova sərəncama əsasən köşk tikilməsinə icazə verilməmişdi.

Hörmətli Eldar müəllim!

1988-ci ildə Çernobıl AES-ın qəza ləğvinin aradan qaldırılmasında iştirak etmiş və yüksək şüa aldığından ömürlük əlilə çevrilmiş, işsiz olan Tofiq Camal oğlu Əhmədova müvafiq qanun və qaydalar çərçivəsində köşk üçün torpaq sahəsinin ayrılmasına köməklik göstərməyinizi xahiş edirəm.

Hörmətlə,
Fuad Əliyev
Azərbaycan Liberal Demokrat Partiyasının sədri
Xəbəri paylaş