Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AQTA Lənkəran və Ağdaş məktəbliləridə maarifləndirici tədbir keçirib

AQTA Lənkəran və Ağdaş məktəbliləridə maarifləndirici tədbir keçirib


Newscenter.az.23.04.2019. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Sağlam məktəbli” layihəsi çərçivəsində Bakı şəhəri və regionlarda ümumtəhsil məktəblərdə maarifləndirmə tədbirlərini davam etdirir.

Agentlikdən Newscenter.az-a bildirilib ki, növbəti görüşlər Lənkəran şəhəri 4 saylı humanitar-təmayüllü məktəb-lisey və Ağdaş şəhər Müşviq İsayev adına tam orta məktəbin şagirdləri ilə keçirilib.

Görüşdə şagirdlərə Agentliyin həyata keçirdiyi maarifləndirmə tədbirləri haqqında ətraflı məlumat verilib, onlara Agentliyin hazırladığı videoçarxlar təqdim edilib. Daha sonra Agentliyin regional bölmələrinin əməkdaşları tərəfindən məktəblilərə qida təhlükəsizliyinə dair ilkin vərdişlər, qablaşdırma məhsullarının qidaya təsiri, qida məhsullarında etiket məlumatları, fast food-un zərərləri, süd və süd məhsullarının faydaları barədə ətraflı məlumat verilib, şagirdlər arasında müxtəlif intellektual oyunlar keçirilib.

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb. AQTA tərəfindən həyata keçirilən “Təhlükəsiz qida uşaqların gözü ilə” adlı rəsm müsabiqəsi haqqında ətraflı məlumat verilib və onların müsabiqəyə qatılmaları tövsiyə olunub.
Orxan
Xəbəri paylaş