Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cəmiyyətdə baş verən əksər iyrəncliklərin mayasında korrupsiya və cəzasızlıq mühiti dayanır

Cəmiyyətdə baş verən əksər iyrəncliklərin mayasında korrupsiya və cəzasızlıq mühiti dayanır


Newscenter.az.23.04.2019.
Cəmiyyətdə baş verən əksər iyrəncliklərin mayasında korrupsiya və cəzasızlıq mühiti dayanır. Bir itin uşağı dişləməsi tək ailə üçün deyil, bütün cəmiyyət üçün sarsıdıcıdır.

Newscenter.az xəbər verir ki, bu fikirləri 7news.az saytının baş redaktoru Səbuhi Abbasov səsləndirib. O, qeyd edib ki, ancaq bu heyvandır, şuuru yoxdur, instiktlə hərəkət edir, yəni beyinləri ölçüb-biçmə, məntiqi davranma, yaş üzrə seçim etmə mexanizminə malik deyil:

"Bütün ölkələrdə sahibsiz itlər var, amma hamsının boğazında xüsusi bilkalar var. Bu bilkalar onların təhlükəsiz olduğunu təsdiqləyir. Onları qırmaq yox, dünyadakı təcrübədən istifadə edib eyni modeli tətbiq etmək lazımdır. Dövlət bu sahəyə Avropadakı ölkələrdən azı 3 dəfə çox maliyyə ayırıb axı. Bizdə isə aidiyyatı qurumlar kağızda ölkədə olan 500 min itin hamsının təhlükəsiz olduğunu çox güman ki, təsdiqləyiblər, o bilkaların, quduzluq əleyhinə vaksinlərin vurulduğunu yazıblar. Milyonlar da belə gedir. Bir dəfə palata bu qurumlara girsə hər şeyi açıq-aydın görəcəklər. Məsələ burasındadır ki, hər şey üzə çıxanda belə yenə tlər bizim balalarımız dişləyir".
Xəbəri paylaş