Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Eurovision 2019” təmsilçimizin tanıtım çarxı çəkilib-VIDEO

“Eurovision 2019” təmsilçimizin tanıtım çarxı çəkilib-VIDEO


Newscenter.az.23.04.2019. Azərbaycanı “Eurovision 2019” mahnı müsabiqəsində təmsil edəcək Çingiz Mustafayevin tanıtım çarxının çəkilişləri yekunlaşıb.

İctimai Televiziyadan Newscenter.az-a bildirilib ki, “Arzulamağa qərar ver: rəqs et” mövzusundakı video çarx Azərbaycan və İsrail dostluğu ilə yanaşı müsabiqə iştirakçılarının birliyini də nümayiş etdirir. Müxtəlif və biri-birindən gözəl məkanlarda reallaşan çəkiliş prosesi maraqlı xatirələrlə yadda qalıb.

Qeyd edək ki, Çingiz Mustafayev Təl-Əvivdə keçiriləcək “Eurovision 2019” mahnı müsabiqəsində Azərbaycanı “Truth” (Həqiqət) adlı mahnı ilə ikinci yarım finalda 18-ci nömrə ilə təmsil edəcək.
Xəbəri paylaş