Mübariz Mənsimov: "İş adamı siyasətçi ola bilməz"
Newscenter.az.23.04.2019. "Son günlər sosial mediada əslində xoş niyyətə söykənməyən paylaşımlar diqqətimi çəkib. Xüsusilə, trol hesablar və səhifələr tərəfindən məqsədyönlü paylaşıldığı şübhə doğurmayan bu qeydlərdə mənim prezidentliyə namizəd olmağıma çağırışlar səslənir. Dəfələrlə demişəm və bu gün də bəyan edirəm ki, mən siyasət adamı deyiləm. Belə bir niyyətim də yoxdur".
Newscenter.az xəbər verir ki, bu fikirləri "Palmali" Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov səsləndirib:
"Həmin çağırışlara xoş niyyətlə reaksiya verən sadə həmvətənlilərimə isə demək istəyirəm ki, gördüyüm bütün işləri insanlarımız və dövlətimiz üçün etmişəm. Ona görə də bu tipli təxribatlara uymamağa çağırıram. Bunu edənlər uzun zamandır ki, mənə qarşı "qara piar" aparan qrupdur. Bu qrup ucuz piara əl atmazdan əvvəl dərk etməlidir ki, Mübariz Mənsimov başqa bir ölkənin vətəndaşıdır. "Palmali"ni böyütməkdən, gücləndirməkdən başqa bir iddiam yoxdur. Mən demişəm, indi də deyirəm ki, iş adamı siyasətçi ola bilməz. Siyasətçi də iş adamı ola bilməz. Bunlar ikisi də bir -birinə ziddir. İş adamının borcu dövlətinin yanında olmaqdır".
Mübariz Mənsimov daha sonra qeyd edib ki, bəziləri kimi arxadan oyun oynamıram:
"Və yediyim qaba tüpürmərəm. Mən hər zaman Prezidentimin, xalqımın yanındayam".