Prezident İlham Əliyev Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edib
Tarix: 23-04-2019, 13:36
Newscenter.az.23.04.2019. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də Bakının Xəzər rayonunda Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edib.
Prezident İlham Əliyev sakinlərlə görüşüb.
Sonra Mərdəkan-Qala avtomobil yolunun tikintisi layihəsi barədə məlumat verilib.
Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.