Newscenter.az.23.04.2019. Türkiyə və ABŞ arasında ziddiyətlər durmadan artır. Ankaranın Moskva ilə S-400 anlaşması, Akkyu atom elektrik stansiyasının Rusiya tərəfindən inşası, Türk axını qaz kəmərinin çəkilişi Vaşinqtonun Ankaraya qarşı təzyiqlərinə yol açır. Bundan əlavə, İranla iqtisadi və enerji əlaqələrini sanksiyalara rəğmən davam etdirilməsi iki ölkə arasında yeni krizə səbəb olacaq.
ABŞ artıq, Türkiyəni müttəfiq bir ölkə kimi görmür. Bu gün PKK və YPG-nin ağır silahlarla silahlandırılması da baş verən problemlər fonunda reallaşır.
Göründüyü kimi iki NATO müttəfiq dövləti arasında problem Türkiyəni Rusiya, Çin və İran oxuna yaxınlaşdırır. Bu gedişlə prezident Ərdoğan Suriya prezidenti B. Əsədlə barışa bilər. Artıq, İran xarici işlər naziri Cavad Zərif Əsədlə barışıq qovluğunu Ankarada müzakirə edib. Bu gün Moskva və Ankara yaxınlığı Suriyada təhlükəsizliyə xidmət etsədə, ABŞ tərəfindən YPG/ PKK Türkiyəni təhdid edir. Artıq, Türkiyə hakimiyyəti ciddi problemlərlə üz-üzədir.
Məhəmməd Əsədullazadə, politoloq