Newscenter.az.30.04.2019. Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Ceyhun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Malayziyaya səfər çərçivəsində Malayziya Beynəlxalq İslam Universitetini (MBİU) ziyarət edib.
Newscenter.az-a təhsil ocağından bildirilib ki, səfər çərçivəsində MBİU-nun tədris işləri üzrə prorektoru professor İsarji Sarudin, beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nur Fəridə Abdul-Manaf, beynəlxalq əməkdaşlıq və təqaüd proqramları üzrə direktor, professor Davud əl-Hidabi ilə görüşlər keçirilib. Görüşlərdə ali təhsil müəssisələrinin yaranma zərurəti, fəaliyyət istiqamətləri, ikitərəfli əməkdaşlıq əlaqələrinin perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Sonra Aİİ nümayəndə heyəti Universitetin İslam vəhy elmləri və humanitar elmlər fakültəsinin tədris proqramları, tədris və tədqiqat metodları, kitabxana, tələbə yataqxanası, kitab mağazası, idman kompleksi, həmçinin MBİU-nun nəzdində Sultan Hacı Əhməd Şah Məscidi ilə tanış olublar.
Görüşün sonunda ali təhsil müəssisələri arasında Niyyət Protokolu imzalanıb.