Newscenter.az.30.04.2019. İstanbul şəhərində “İDEF-2019” Beynəlxalq Müdafiə Sərgisinin açılış mərasimi keçirilib.
Newscenter.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Türkiyə Respublikasında səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov sərginin təntənəli açılış mərasimində iştirak edib.
Türkiyə Respublikasında səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov həmçinin “İDEF - 2019” Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdirilən müxtəlif şirkətlərin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrə baxış keçirib.