Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İntellektual yarışın qalibləri müəyyən edilib

İntellektual yarışın qalibləri müəyyən edilib


Newscenter.az.30.04.2019
. Paytaxt məktəbliləri arasında “Dəyərlərimizi öyrənək” mövzusunda intellektual yarış keçirilib.

Newscenter.az Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən xəbər verir ki, yarışın təşkil olunmasının əsas məqsədi uşaq və gənclərin milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması, şagirdlərinistedad və qabiliyyətinin, dünyagörüşünün, intellektual səviyyəsinin daha da inkişaf etdirilməsindən ibarətdir.

Təhsil Nazirliyinin Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə razılığına əsasən, Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və BŞTİ-nin dəstəyi ilə keçirilən yarışda paytaxt üzrə 12 ümumi təhsil müəssisəsinin IX, X və XI sinif şagirdləri komanda şəklində mübarizə aparıb.

Bakı şəhəri üzrə keçirilən yarışda I yeri qazanmış komanda üzvləri diplomla mükafatlandırılaraq yarışın respublika mərhələsində iştirak etmək hüququ qazanıb, II və III yerləri tutan komanda üzvlərinə isə sertifikat verilib.
Xəbəri paylaş