Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Orduxan PKK-çı ilə birlikdə Azərbaycan əleyhinə kampaniya aparır

Orduxan PKK-çı ilə birlikdə Azərbaycan əleyhinə kampaniya aparır


Newscenter.az.30.04.2019. “Orduxan İrlandiyaya gedib PKK-çı dostu İbo ilə birləşərək Azərbaycan əleyhinə kampaniya aparır”.

Newscenter.az xəbər verir ki, bu fikirləri “Hilal” təşkilatının sədri Arzuman Abdulkərimov səsləndirib. O. bildirib ki, Orduxan İrlandiyada küçədən keçənlərə yaxınlaşaraq Azərbaycan barədə danışmaq istəyir:

“Azərbaycanı tanıtmaq istəyəndə deyir ki, Avrovizya mahnı yarışması, Formula- 1 yarışları keçirilən ölkə. Amma bütün günü Formula-1 yarışmasının Azərbaycanda keçirilməsinin əleyhinə təbliğat aparır. İndi gördünmü bu tədbirlərin ölkəmizdə keçirilməsi təbliğat və Azərbaycanın tanınması baxımından nə qədər önəmlidir? Nə üçün bu dövlətə nifrət edirsən?”.
Orduxan PKK-çı ilə birlikdə Azərbaycan əleyhinə kampaniya aparır

Təşkilat sədri onu da qeyd edib ki, sağlam tənqidlərə dözə bilməyən Orduxan facebook sosial şəbəkəsində onu blok edib: “ FB dostluğumda olan Orduxanın trollarının nəzərinə. Orduxan məni blok etdiyi üçün yazdıqlarımı başqa profillərdən izləyir. Amnma deyirəm birdən diqqətindən yayınar. Yəqin ki, bu statusumu da ona çatdıracaqlar. Əgər belə ürəklisənsə niyə məni təhqir edib sonra da blok edirsən? Onsuzda yer kürəsi kiçikdi. Bir gün görüşəcəyik”.
Xəbəri paylaş