Newscenter.az.30.04.2019. ABŞ-ın Cənubi Qafqaz siyasətində əsas maneə Qarabağ konfliktinin həlli istiqamətində yaranan çətinlikdi. Vaşinqton ötən il bu vaxtlar Ermənistanda inqilaba onə görə tam dəstək verdi ki, Nikol Paşinyan ölkəsində Rusiyanın siyasi-hərbi üstünlüyünü zəiflədəcək və Qarabağ münaqişəsinin həllində konustrukriv mövqe tutacaq. Məhz bu istiqamətdə Vaşinqton Paşinyana dəstək verdi, hakimiyyətə gəlməsinə siyasi zəmin yaratdı.
Qeyd edim ki, ötən il C.Boltonun regiona səfəri çərçivəsində Yerevanda verdiyi mesajlar, məhz Qarabağ münaqişəsinin həllində erməni hakimiyyətinə ünvanlanmışdı. Artıq erməni inqilabının bir ili tamamlanır, Vaşinqtonun gözləntilərinin əksinə olaraq Ermənistan rəhbərliyi Rusiya ilə yaxınlaşaraq münaqişənin həllini mümkünsüz yola gətirməyə çalışır. Təbii ki, Yerevanın bu manipultativ siyasəti Vaşinqtonda narahatlıqla qarşılanmaqdadır. Çünki, geopolitik qarşıdurmada Paşinyan onu hakişmiyyətə gətirən ABŞ-a arxa çevirir, Moskvanın siyasətini dəstəkləyir. Məhz Yerevanın bu yanaşmasına görə Vaşinqton Paşinyana maliyyə və siyasi dəstək verməyəcək.
Moskva görüşündən sonra ABŞ Qarabağ münaqişəsiniən nizamlanması üzrə danışıqların Vaşinqtonda keçirilməsini irəli sürüb. Məqsəd Yerevanı konustruktiv və substantiv danışıqlara cəlb etmək və təzyiq mexanizmini bundan sonra tətbiq etməkdir. Əgər, Paşinyan iqtidarı Vaşinqton danışıqlarına rəğmən yenidən Moskva ilə bu istiqamətdə koordinasiyalı fəaliyyət göstərsə, ABŞ-ın maliyyə və siyasi dəstəyindən məhrum olacaq.
Artıq, ABŞ Rusiya bir-birilərinə düşmən siyasət aparır. Əvvəlki illərdən fərqli olaraq ABŞ Ermənistanın Rusiyaya Qarabağ məsələsində yaxınlaşmasına seyrçi qalmayacaq. Çünki, ABŞ üçün Cənubi Qafqaza giriş, Mərkəzi Asiyaya açılımdı və Xəzər regionuna nəzarətidi.
ABŞ -la Azərbaycanın regional və taktiki-strateji siyasəti üst-üstə düşür.
Vaşinqton görüşündən sonra real siyasi dəyişikliklər olmasa, artıq danışıqların limitinin bitdiyi Bakı tərəfindən elan olunmalıdır. Azərbaycan güc yolu ilə sülhə cəlb etmək taktikasını tətbiq etməlidir. ABŞ-da Azərbaycana bu konteksdə dəstək verə bilər.
Məhəmməd Əsədullazadə, politoloq