Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sürücülərin peşəkarlığının, bilik və bacarıqlarının artırılması üçün ekstremal şəraitdə sürmə təlimi dərslərinə start verilir

Sürücülərin peşəkarlığının, bilik və bacarıqlarının artırılması üçün ekstremal şəraitdə sürmə təlimi dərslərinə start verilir


Newscenter.az.30.04.2019. Azərbaycanın ilk “Nəqliyyat Təlim-Tədris Mərkəzi” MMC tərəfindən sürücülərin peşəkarlığının, bilik və bacarıqlarının artırılması üçün ekstremal şəraitdə sürmə təlimi dərslərinə start verilir.

Newscenter.az-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən bildirilib ki, “Driftket avadanlığı qoşulmuş avtonəqliy¬yat vasitələri ilə ekstremal şəraitdə sürmə təliminin keçiri¬lməsinə dair hazırlı¬ğın” plan və proqramı əsasında keçirilən kurslara müdavimlər¬in cəlb edilməsi prosesinə 1 may tarixindən start veriləcək.
Kurslara 19 yaşı tamam olan şəxslər dəvət edilir.

Nəzəri dərslər və sürmə təl¬imi olmaqla kurslar 10 günlük müddəti əhatə edəcək. Tədr¬is əyani vəsaitlərlə, avada¬nlıqlarla təchiz edilən tədris kabinetl¬ərində təcrüb¬əli, peşəkar müəllim və təlim ustalarından ibarət heyətlə təşkil olunacaq.

Məşğələlər başa çatd¬ıqdan sonra nəzəri və praktik yoxlamadan keçən sürücülərə sertifikatlar təqdim ediləcək.

İnkişaf etmiş ölkələ¬rin təcrübəsini nəzə¬rə alaraq təhlükəsiz və ekstremal şəraitdə idarəetmə vərdişləri ilə bağlı kursların xüsusilə operativ nəql¬iyyat vasitələrinin sürücülərinə şamil edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələri, hərbi avtomobil müfəttiş¬liyi və feldyeger rabitəsi orqanı, inkassatorlar, qiymətli yüklərin daşınması, mil¬li operatora məxsus olan və poçtdaşı¬masında istifadə edi¬lən, üstündə xüsusi qrafikalı rəngli sxe¬mlər, yazılar və tan¬ınma nişanları olan, xüsusi işıq və səs siqnalları ilə təchiz edilən avtomobillərin sürücüləri üçün qeydiyyat zamanı müvafiq güzəştlər tətbiq ediləcək.

Eyni zamanda peşəkarlığını artırmaq istəyən digər sürücülər də bu kurslara müraciət edə bilər. Sürüc¬ülərin peşə vərdişlə¬rinin artırılması və ekstremal şəraitdə baş verə biləcək yol-nəqliyyat hadisəl¬ərinin qarşısının al¬ınmasında bu kurslar¬ın əhəmiyyəti böyükd¬ür.

Bir müdavimin təhsil alması üçün sərf olunan xərc 138 AZN təşkil edir.
Qeydiyyat üçün sürücülər [email protected] ünvanına daxil olub koordinatlarını yerləşdirə və ya 055 771 40 20, 050 363 78 07 nömrəli telefonlarla əlaqə saxlaya bilər.
Xəbəri paylaş