Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vətəndaşlar qəbul ediləcək

Vətəndaşlar qəbul ediləcək


Newscenter.az.30.04.2019. Mayın 3-də paytaxtın Xəzər, Sabunçu və Pirallahı rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək. Newscenter.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi paytaxtdakı 149 nömrəli tam orta məktəbdə vətəndaşları qəbul edəcək. Səyyar qəbul saat 10:00-da başlayacaq.

Səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, vətəndaşları maraqlandıran məsələlərə yerində aydınlıq gətirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Səyyar qəbulda müəllim və valideynlərin müraciətləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi tərəfindən dinləniləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcəkdir.
R.Mehdiyeva
Xəbəri paylaş