Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yardımlıda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı keçiriləcək

Yardımlıda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı keçiriləcək


Newscenter.az.30.04.2019. Fevral ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.

Newscenter.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır.

Növbəti səyyar satış may ayının 1-də növbəti dəfə Yardımlı rayonunun Sırıq kəndində kənd inzibati ərazi nümayəndəliklərinin binasında keçiriləcək. Bu kəndlərə yaxın bütün ətraf kəndlər səyyar satışdan yararlana bilərlər.

Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yaralanaraq mineral gübrəni əldə edə bilərlər.

Səyyar satış barədə ətraflı məlumat almaq üçün, +994050 984 07 21 (Şahlar Əliyev Yardımlı Dövlət Aqrar İnkişaf Mərkəzi direktoru) ilə əlaqə saxlaya bilərlər.
Orxan
Xəbəri paylaş