Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı Marafonunda “Türk Hava Yolları”nın qaliblərinin adları açıqlandı

Bakı Marafonunda “Türk Hava Yolları”nın qaliblərinin adları açıqlandı


Newscenter.az.13.05.2019. Türk Hava Yolları “Bakı Marafonu-2019”un aparıcı sponsorlarından biri kimi çıxış etdi. Kütləvi idman tədbirinin sponsoru olmaqla yanaşı, hava yolları Marafona həm də öz komandası ilə qatıldı. “Küləyə qalib gəl” şüarı altında dördüncü il təşkil olunmuşMarafonda THY-ın komandasının tərkibində çıxış etmək üçün ümümilikdə 600 nəfərə yaxın şəxs qeydiyyatdan keçdi.

Newscenter.az xəbər verir ki, Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edən Marafon məsafəsini tələbə olaraq kişilər arasında Türk Hava Yolları komandasından tərkibində qeydiyyatdan keçmiş Toğrul Məmmədli ilk olaraq qət etdi. Qalib olmaq üçün o, 1:21:53 saniyə zaman sərf etdi. Tələbə olaraq qeydiyyatdan keçmiş Kader Əliyeva qadınlar arasında finiş xəttinə 1:47:17 vaxtla birinci çatdı. Hər iki tələbəTürk Hava Yollarından Paris Disneyləndinə səyahət qazandı.

Türk Hava Yollarının korporativ müştəriləri də Bakı Marafonundan kənarda qalmadılar. THY-ın komandasının tərkibində çıxış edən Süleyman Əliyev 1:28:07 vaxt sərf etməklə kişilər arasında korporativ müştərilərdən finiş xəttinə çatmış ilk iştirakçı adını qazandı. Ənn Devisə qadın korporativ müştərilər arasında ilkliyi qazanmaq üçün 1:41:38 zaman tələb olundu. Hər iki korporativ müştəri bu ilin noyabr ayında baş tutacaq İstanbul Marafonunda iştirak hüququ qazandı.

Bundan başqa, THY-ın komandasının tərkibində Marafona qatılmış iştirakçılar arasında lotereya da oynanıldı. Qalib gəlmiş Səbinə Kərimova və Rəşad Qasımov hava yolları şirkətindən Avropaya pulsuz bilet qazandı.
Qeyd edək ki, may ayının 1-də Türk Hava Yollarının komandasının tərkibində marafona qatılmaq üçün qeydiyyatdan keçmiş şəxslər arasında “Facebook” üzərində təsadüfi seçim aparıldı. Seçimin nəticəsinə görə Vüqar Məmmədov THY-dan İstanbula gediş-dönüş bileti qazandı. Digər 5 qalib də şirkətdən dəyərli hədiyyələr əldə etdi.

Türk Hava Yollarının Bakı ofisinin rəhbəri Seyfullah İlyas Bakı Marafonunun idmanın inkişafına dəstəyində, sağlam həyat tərzini təbliğində əvəzsiz rol oynadığı bildirib: “ İnsanları xeyirxah amallar ətrafında bir araya gətirən Bakı Marafonunda iştirak etməkdən xoşbəxtik. Bu gün bizimlə birlikdə küləyə qalib gəlməyə çalışan hər kəsə dərin təşəkkürümüzü bildirik. Ümid edirik ki, çətin işin öhdəsində birlikdə uğurla gəldik. Qalibləri bir daha təbrik edir və onlara işlərində müvəffəqiyyətlər arzulayırıq”.

Qeyd edək ki, hər il daha çox iştirakçı sayı ilə diqqət çəkən marafonda bu il 22 min 320 şəxs qeydiyyatdan keçib. Yarışa Azərbaycan vətəndaşları ilə yanaşı, bir sıra digər ölkələrdən də iştirakçılar qatılıb.


Xəbəri paylaş