Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şuranın dəstəyi ilə Qusarda cüdo üzrə turnir keçirilib

Şuranın dəstəyi ilə Qusarda cüdo üzrə turnir keçirilib


Newscenter.az.12.06.2019. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi yeniyetmə və gənclər arasında vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsi, hərb sənətinin və hərb tariximizin təbliği məqsədilə “Hər şey vətən üçün!” gənclərin vətənpərvərlik festivalı” adlı layihə çərçivəsində Qusar rayonunda cüdo üzrə turnir keçirib.

Newscenter.az xəbər verir ki, rəsmi hissədə çıxış edən layihə rəhbəri Ramin Mahmudov bildirib ki, layihənin əsas məqsədi yeniyetmə və gənclər arasında şanlı hərb tariximizin, sərkərdələrimizin, ordu quruculuğumuzun təbliği, milli qəhrəmanlarımızın tanıdılmasına nail olmaq, eləcə də hərbi taktika, strategiya, döyüş hazırlığı kimi vərdişləri müxtəlif oyunlar vasitəsilə gənclərə aşılamaqdır. Natiq onu da bildirib ki, 3 ay davam edəcək layihədə ümumilikdə 300 nəfərə yaxın gəncin iştirakı nəzərdə tutulub.

Tədbirdə iştirak edən cüdo federasiyasının şimal bölgəsi üzrə nümayəndəsi Cərulla Şinqarov layihənini keçirilməsi üçün Qusar rayonunu seçdiklərinə görə təşkilatçılara təşəkkürünü bildirib, idmanın inkişafında, gənc nəslin yetişməsində bu kimi tədbirlərin əhəmiyyətini vurğlayıb.

Rəsmi hissədən sonra ümumilikdə Quba, Şabran və Qusar rayonlarını təmsil edən cüdoçuların iştirakı ilə 10 çəki dərəcəsində turnirə start verilib.
Yekunda qalib və mükafatçılar təşkilatçılar tərəfindən medal və diplomlarla təltif ediliblər.

Turnirdə iştirak edən 50 nəfər gəncin hər birinə layihə çərçivəsində hazırlanmış bukletlər və Azərbaycanın hərb tarixinə aid məlumat kitabçaları paylanılıb.
Xəbəri paylaş