Newscenter.az.21.06.2019. Diasporla İş üzrə Dövlət Komitəsində “Azərbaycan Diaspor Könüllüləri” proqramının iştirakçıları ilə xaricdə yaşayan soydaşlarımızın birgə müzakirələri təşkil edilir. Dövlət Komitəsindən
Newscenter.az-a bildirilib ki, könüllülər xaricdə yaşayan azərbaycanlılarla həm onların ölkəmizə səfərləri zamanı, həm də virtual aləmin imkanlarında istifadə edərək görüşürlər. Artıq Diaspor TV vasitəsilə müxtəlif ölkələrlə canlı bağlantılar qurulur və diaspor könüllüləri ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızla fikir mübadiləsi aparırlar.
Dövlət Komitəsinin əməkdaşı, “Azərbaycan Diaspor Könüllüləri” proqramı üzrə koordinator Bəxtiyar Rəhimov bildirib ki, müzakirələr yeni başlayıb və qısa müddətdə könüllülər Kanada, Norveç və Çilidə yaşayan azərbaycanlılarla müzakirələr aparıblar. Könüllülər xaricdə yaşayan soydaşlarımızla həmin ölkələrdə nə vaxtdan məskunlaşma-ları, ölkəmizi necə təmsil etmələri, yaşadıqları cəmiyyətə inteqrasiya olunmaları, məşğuliyyətləri və s. kimi məsələlərlə bağlı müzakirələr aparıb.
Müzakirənin digər tərəfləri - diaspor təmsilçiləri müzakirələrə məmnuniyyətlə qoşulub və Komitənin onlara yaratdığı bu imkanı yüksək qiymətləndiriblər.
Qeyd edək ki, belə əlaqələrin yaradılması “Azərbaycan Diaspor Könüllüləri” Proqramının tərkib hissəsidir və davamlı olması nəzərdə tutulu
Vaqif