Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qax və Balakəndə vətəndaşlar qəbul edilib



Newscenter.az.21.06.2019. Mərkəzi İcra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov 21 aprel 2019-cu il tarixində Qax rayonunda vətəndaşları qəbul edib. Agentlikdən Newscenter.az-a bildirilib ki, Qax rayon Heydər Əliyev mərkəzində keçirilən qəbulda Qax və Zaqatala rayonlarından olan 30-a yaxın vətəndaşın müraciət və şikayətlərinə baxılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev isə Balakən rayonunda vətəndaşları qəbul edib. Qəbuldan öncə İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev və Balakən RİH-nin başçısı İslam Rzayev ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Balakən rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbul zamanı Balakən rayonundan olan 16 vətəndaşın müraciətinə baxılıb.
Hər iki qəbul zamanı müraciətlər əsasən kəndlərarası avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.

Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Anar
Xəbəri paylaş