Newscenter.az.28.06.2019. Prezident İlham Əliyev “Gənclər üçün Prezident Mükafatının təsis edilməsi haqqında” fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Bu, mükafatın laureatlarının əhatə dairəsinin genişləndirilməsi ilə bağlıdır.
Belə ki, indiyədək elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən gənclər üçün, ildə bir dəfə verilməklə, altı ədəd 10 min manat məbləğində Prezident Mükafatı nəzərdə tutulmuşdu. Burada 6 rəqəmi 10 rəqəmi ilə əvəzlənib.
Dəyişikliklə Azərbaycan gənclərinin elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsillə yanaşı, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində nailiyyətlər də təşviq ediləcək.