Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

100-ə yaxın məntəqədə yeni dayanacaq pavilyonu quraşdırılıb



Newscenter.az.31.07.2019.
Vətəndaşlarımıza rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədi ilə ictimai nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi işləri davam etdirilir.

Newscenter.az-a BNA-dan bildirilib ki, daxil olan vətəndaş müraciətləri nəzərə alınmaqla eyni zamanda mütəxəssislərimiz tərəfindən aparılan təhlillərin nəticələrinə uyğun olaraq bu ilin əvvəlindən indiyədək 100-ə yaxın məntəqədə yeni dayanacaq pavilyonu quraşdırılıb. Ən son Pirallahı rayonunda 6 yeni dayanacaq məntəqəsi təşkil edilib və pavilyon qoyulub.

Yeni pavilyonların quraşdırılması ilə yanaşı mövcud olanlardakı çatışmazlıqlar da aradan qaldırılır. İşlər əsasən ətraf kənd və qəsəbələrdə həyata keçirilir.
Anar
Xəbəri paylaş