Newscenter.az.31.07.2019. Respublika ərazisində taxıl biçini davam edir. Newscenter.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, iyulun 30-na olan operativ məlumata görə, ölkə ərazisində 1003743 hektar ərazidə taxıl biçini aparılıb, 341116 hektar ərazidə arpa, 662627 hektar ərazidə buğda biçini başa çatıb. Bu günədək cəmi taxıl sahələrinin 99,2%-i biçilib. Ümumilikdə bu günədək ölkə üzrə 3161692,4 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 31,4 sentner təşkil edir.
Abşeron, Ağdam, Ağdaş, Ağcabədi, Ağstafa, Ağsu, Astara, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Cəlilabad, Cəbrayıl, Daşkəsən, Şabran, Füzuli, Naftalan, Göyçay, Hacıqabul, Xaçmaz, Xızı, İmişli, İsmayıllı, Kürdəmir, Qax, Qazax, Qəbələ, Quba, Masallı, Neftçala, Oğuz, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Tərtər, Tovuz, Ucar, Yevlax, Zaqatala və Zərdabda taxıl biçini başa çatıb. Naxçıxan Muxtar Respublikasında, Qobustan, Şamaxı və Şəki rayonlarında taxıl biçini başa çatmaq üzrədir. Qobustan ərazisində arpa əkilmiş 9382 hektar sahə artıq biçilib, buğda əkilmiş 22258 hektar sahənin 21948 hektarı artıq biçilib. Rayonda arpa məhsuldarlıq 23,7 s/ha, buğda üzrə məhsuldarlıq 25,3 s/ha təşkil edir. Naxçıvan Muxtar Respublikasında arpa əkilmiş 8579 hektar sahənin 8469 hektarı artıq biçilib, buğda əkilmiş 24729 hektar sahənin 23037 hektarı artıq biçilib. Naxçıvan Muxtar Respublikasında arpa üzrə məhsuldarlıq 29,7 s/ha, buğda üzrə məhsuldarlıq 31,0 s/ha təşkil edir. Goranboy, Şəmkir və Qusar rayonlarında da taxıl biçinində yüksək nəticələr əldə edilib:
Orxan