Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın hərbi aşpazları “Səhra mətbəxi” müsabiqəsinə hazırlıq keçirlər



Newscenter.az.31.07.2019. “Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində keçiriləcək “Səhra mətbəxi” müsabiqəsində iştirak etmək üçün Moskva şəhərinə gələn Azərbaycanın hərbi aşpazları təlimat alaraq təhlükəsizlik və texniki vasitələrin istismarı qaydalarını öyrəniblər. Newscenter.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, hərbi aşpazlarımız həmçinin qida məhsulları ilə işləməyə buraxılmaları üçün tibbi müayinədən keçiblər.

Avqustun 3-də Alabino poliqonunda dünyanın 10 ölkəsindən olan hərbi aşpazlar milli təamların hazırlanması üzrə ustalıqlarını nümayiş etdirəcəklər.
Hazırda hərbi aşpazlar “Səhra mətbəxi” müsabiqəsinə hazırlıqlarını davam etdirirlər.
Xəbəri paylaş