Rasim Süleymanlı: "Fermerlərdə bir stimul yaradır, onları daha məhsuldar işləməyə vadar edir"
Newscenter.az.31.07.2019. "Azərbaycanda uğurla həyata keçirilən iqtisadi və sosial siyasət, eləcə də məqsədyönlü islahatlar ölkədə qeyri-neft sektorunun inkişafına ciddi təkan verib. Xüsusilə, bu özünü aqrar sektorda, kənd təsərrüfatı sahəsində daha qabarıq göstərməkdədir".
Belə bir açıqlama ilə çıxış edən iqtisadçı ekspert Rasim Süleymanlı Newscenter.az-a deyib ki, son illərdə kənd təsərrüfatı sahəsində qeydə alınan müsbət dinamika həm vətəndaşlar, həm də fermerlər tərəfindən müsbət qarşılanır:
"Kənd təsərrüfatının ayrı-ayrı sahələri, pambıqçılıq, üzümçülük, baramaçılıq, tütünçülük və s. sahələrin daha da inbkişaf etdirilməsi istiqamətində ortaya qoyulan siyasi iradə və həyata keçirilən məqsədyönlü tədbirlər öz müsbət nəticələrini verir. Qeyd edim ki, sadaladığımız sahələrin inkişafına müsbət təsir göstərən amillərdən biri də Cənab İlham Əliyevin son illərdə regionlara səfərlər zamanı hər bir regionun spesifik sahəsinə həsr olunan müşavirələr keçirməsi və qısa müddət sonra həmin sahənin inkişaf etdirilmıəsi istiqaməıtində müvafiq sənədlərin, Dövlət Proqramlarının imzalanması, təsdiq olunmasıdır".
Rasim Süleymanov qeyd edib ki, istər qeyd edilən, istərsə də digər sahələr üzrə çox ciddi işlər görülüb ki, nəticə etibarilə ölkənin ixrac potensialı da artıb. İqtisadçı hesab edir ki, kənd təsərrüfatının inmişaf etməsinə təsir göstərən əsas amillərdən biri də dövlətin bu sahəyə dəstəyi, fermerlərə güzəştli kreditlərin verilməsidir: "Digər tərəfdən bu sahəyə cavabdeh olan struktur, Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri, şəxsən nazir İnam Kərimovun demək olar ki, hər gün bölgələrə səfər etməsi. fermerlərlə rahat kreslolarda, sərin otaqlarda deyil, əkin sahəsində görüşməsi, onları şəxsən dinləıməsi fermerlərdə bir stimul yaradır, onları daha məhsuldar işləməyə vadar edir. Bütün bunlar heç şübhəsiz ki, kənd təsərrüfatının inkişafına öz müsbət təsirini göstərir".
Orxan