Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paytaxtın bir neçə rayonuna qaz təchizatı dayandırılacaq



Newscenter.az.31.07.2019. Bu gün saat 11.00-dan 13.00-dək Sabunçu rayonu üzrə bir qrup abonentin qaz təchizatı dayandırılacaq. Bu barədə məlumat Newscenter.az-a “Azəriqaz” İstehsalat Birliyindən daxil olub. Bildirilib ki, bu Qaz ölçü qovşaqlarında mövcud daraldıcı qurğuların dövlət yoxlamasından keçirilmiş eyni adlı qurğularla əvəz olunması ilə bağlıdır.

Saat 11.00-dan etibarən isə sazlama işləri ilə bağlı Xəzər rayonu, Binə, Qala qəsəbələrində, Qaradağ rayonu, Ələt qəsəbəsində də bir qrup sakinin qaz təchizatı dayandırılacaq.
Azad
Xəbəri paylaş