Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə fırıldaqçıların qurbanına çevrilmiş həmyerlilərimiz



Və ya Azərbaycan Xalqlar Dostluğu Birliyi həmyerlilərimizi necə xilas etdi?

Newscenter.az.31.07.2019
. Dünyanın dörd bir tərəfinə səpələnən azərbaycanlılar yaşadıqları ölkədə Azərbaycanın adını uca tutmağa, onu tanıtmağa, adət-ənənlərimizi, tariximizi təbliğ etməyə çalışır, bu istiqamətdə əməli fəaliyyət ortaya qoyurlar. Fərdi və ya qrup şəkilində ortaya qoyulan fəaliyyətlər əksər hallarda öz müsbət effektini verir. Bəzi hallarda isə hər hansı bir ölkədə yaşayan soydaşımızın yol verdiyi xəta, yaxud ciddi bir səhv ümumi Azərbaycanın, azərbaycanlıların adına xələl gətirir. Necə ki, bir müddət əvvəl qardaş Türkiyənin Antalya şəhərində buna bənzər hadisə baş verib. Belə ki, 2 azərbaycanlı gənc elə öz soydaşımız tərəfindən iş adı ilə Antalyaya dəvət edilsə də, lakin sadəlövhlüklərinin və həddən artıq inam və etibarlarının ucbatından çətin duruma düşüblər.

Bu barədə redaksiyamıza məlumat verən Antalyada fəaliyyət göstərən Azərbaycan Xalqlar Dostluğu Birliyinin sədri Lalə Həsənova deyib ki, bir neçə ay əvvəl 2 Gəncə sakini Antalyada yaşayan bir soydaşımız tərəfindən işə düzəltmək adı ilə sözügedən şəhərə dəvət edilib. Antalyanın Kəmər bölgəsində Gəncə sakinləri üçün həyət evi kirayə tutan həmin şəxs istəyinı nail olduqdan və onlardan lazım olan məbləği əldə etdikdən sonra gecəykən ərazidən uzaqlaşaraq qeyblərə çəkilir. Lalə Həsənova deyir ki, həmin fırıldaqçı şəxs hətta mobil telefonunu söndürür və bir daha aldatdığı Gəncə sakinlərinin gözünə görünmür: “Səhər açılar-açılmaz ev yiyəsi mənzilə gələrək Gəncə sakinlərindən pul tələb edir və onların cibində olan pulun qəpiyinə kimi aldıqdan sonra soydaşlarımızı evdən çıxarır. Həm pulsuz, həm də evsiz qalan soydaşlarımız geriyə, Azərbaycana qayıtmağı da bacarmamışlar. Küçələrdə, məscidlərdə gecələyən soydaşlarımız Antalyanın mərkəzinə getməyi. oradakı müvafiq qurumlardan yardım istəməyi qərarlaşdırırlar. Lakin cibərində pul olmadığı üçün onlar Kəmər vilayətindən Antalyaya kimi piyada yol qət ediblər: “Çarəsiz vəziyyətdə bir ay məsciddə gecələməli olan həmyerlilərimiz daha sonra avtobus dayanacaqlarında, avtovağzalda özlərinə “sğınacaq” tapıblar. Artıq bütüm ümidləri puça çıxan və ac-yalavac vəziyyətdə qalan həmyerlilərimiz polisə yaxınlaşaraq sənədlərini ona təqdim etmiş və qardaş ölkədən deport edilmələrini istəmişlər”.

Lalə Həsənova deyir ki, polis də prosedur qaydaya əsasən həmyerlilərimizi Miqrasiya İdarəsinə apararaq onların deport edilməsinə çalışıb. Lakin həmyerlilərimizin üzərində pul olmadığı üçün onların Türkiyədən Azərbaycana göndərilməsi problemə çevrilib: “Miqrasiya İdarəsi və Antalya Yardımlaşma Vəqfindən mənə telefon açaraq vəziyyəti anlatdılar. Çünki beynılxalq anlaşmalaya görə, Antalya Miqrasiya İdarəsi sadəcə İstanbul və ya Ankara üzərindən təyyarə bileti almaq üçün dəstək ola bilir. Ancaq belə hallarda kimlərinsə dəstək verməsi lazım gəlir və onlar da mənə müraciət etdilər”.

Lalə Həsənova onu da qeyd edib ki, aclıq və pulsuzluqdan mobil telefonlarını belə satan həmyerlilərimizə Antalya Xalqlar Dostluğu Birliyi olaraq əllərindən gələni köməkliyi ediblər: “Təşkilatımızın əməkdaşı Rüfət Əlizadə onları maşınla Miqrasiya İdarəsindən götürüb otelə yerləşdirdi. Oteldə çalışan azərbaycanlı dostumuz Elman Əzizov da öz növbəsində həmyerlilərimiz üçün otaq ayırdı. Onu da qeyd edim ki, Antalyada fırıldaqçılarla üzləşən Gəncə sakinləri iki qardaşdırlar. Təşkilatımızın whatsap qrupunda vəziyyətlə bağlı məlumat verdim və əməkdaşlarımız könüllü şəkildə həmin şəxslərə maddi və manevi dəstək oldular. Miqrasiya Baş İdarəsi onların Bakıya uçuş biletlərini 10 gün içərisində İstanbuldan alacaqdı. Lakin həmin müddətə qədər onlar Türkiyədə qalsalar orada ya oturum izni almalı, ya da Türkiyədən çıxarkən əlavə qaldıqları günlər üçün cərimə ödəməli idilər. Maddi olaraq belə bir imkanlarının məhdud olduğunu bildiyimə görə İdarədən təyyarə biletlərinin iki gün içində alınmasını istədim və buna nail ola bildik”.
Lalə Həsənova deyib ki, Gəncə sakinləri Azərbaycana gəldikdən sonra zəng edib ona, rəhbərliik etdiyi təşkilata təşəkkür ediblər: “Həm özləri, həm də anaları ilə danışdım. Çox-çox təşəkkür etdilər.

Lalə Həsənova zaman-zaman meydana gələn bu kimi problemlərə qarşı İstanbuldakı Baş Konsulluğumuzun biganə münasibətindən də gileylənib. Bildirib ki, sözügedən məsələ ilə bağlı İstanbuldakı Baş Konsulluğa məlumat verilsə də, diplomatik nümayəndəlik məsələyə reaksiya verməyib: “Miqrasiya İdarəsindən mənə verilən məlumata görə, yaranmış problemin həllinə Azərbaycanın İstanbuldaki Baş Konsulluğu heç bir şəkildə dəstək göstərməyib Konsulluqdan deyiblər ki, biz heç bir şey edə bilmərik. Anoloji hal bir müddət əvvəl də yaşanıb. Belə ki, sümük iliyi köçürülən uşağın birinin pasportunun zamanı bitirdi.Uşaq azyaşlı olduğu üçün çətinliklə də olsa Antalyadan İstanbula gəlib tələb olunan sənədləri Konsulluğa verdilər. Müəyyən müddətdən sonra pasport gəlsə də, ancaq ailənin maddi sıxıntı səbəbindən yenidən İstanbula getmək imkanı yox idi. Uşağın zamanı ötmüş sənədini İstanbula tanışlardan birinə göndərməyi, onun vasitəsilə yeni sənədi almağı tövsiyə etdim. Həmçinin telefonla Konsulluğa bu barədə məlumat vermələrini tövsiyə etdim. Ailə günlərlə telefon əlaqəsindən sonra İstanbul Baş Konsulluğuna düşə bilsə də. Lakin diplomatik nümayəndəlik problemi həll etməyib. Əlacsız qalan ata çalışdığı iş yerindən icazə alaraq İstanbula getməli olub. Belə qeyri-normal hallarla rastlaşdığımızda əsəb keçiririk ki, bu qurumlar dövlətin əmək haqqını aldıqları halda, nə üçün normal işləmirlər”.
Türkiyədə fırıldaqçıların qurbanına çevrilmiş həmyerlilərimiz
Xəbəri paylaş