Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Daha bir hakimimiz beynəlxalq yarışa təyinat alıb



Newscenter.az.10.12.2019. Azərbaycanın Beynəlxalq dərəcəli hakimi Eldar Əliyev CEV kubokunun 1/16 final mərhələsinin matçına təyinat alıb. Bu barədə məlumat Newscenter.az-a Azərbaycan Voleybol Federasiyasından daxil olub.

Qeyd edək ki, Eldar Əliyev, kişi voleybolçular arasında keçiriləcək “Lokomotiv” (Rusiya)–“Çaumont” (Fransa) oyununda ikinci hakim olacaq.
Dekabrın 11-də Novosibirskdə təşkil olunacaq görüşdə əsas referi serbiyalı Mirko Yankoviç olacaq.

Aydan
Xəbəri paylaş