Newscenter.az.14.02.2020. Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsi arasında Tokio 2020 Olimpiya və Paralimpiya Oyunları çərçivəsində əməkdaşlığa dair memorandumun imzalama mərasimi baş tutdu.
Newscenter.az-a daxil olan məlumata görə, Milli Olimpiya komitəsində təşkil olunan tədbirdə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, komitənin digər rəhbər işçiləri ilə yanaşı müxtəlif idman qurumlarının rəsmiləri də iştirak edib.
Azərbaycanın Olimpiya və Paralimpiya tarixində ilk dəfə baş tutan belə bir rəsmi əməkdaşlıq əsasən Tokio 2020 Oyunlarının, həmçinin bu Oyunlarda Azərbaycanı təmsil edəcək Olimpiya və Paralimpiya Komandalarının birgə təbliğ və təşviqinə xidmət edir. Memorandum əsasən marketinq, sosial media, könüllülük xidməti, komandalar üçün vahid idman geyim dəstinin hazırlanması kimi sahələrdə əməkdaşlığı nəzərdə tutur.