Newscenter.az.17.,03.2020. Bakıda mağazada oğurluq hadisəsi baş verib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 14-də rayon ərazisindəki mağazaların birindən 11 450 manat dəyərində noutbuk, parfümeriya, çantalar və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - M.Sultanov və R.Ağarəşidov saxlanılıb.