Newscenter.az.20.03.2020. Ermənistanda koronavirusa yoluxanların sayı 136 nəfərə çatıb.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzi məlumat yayıb.
Yoluxanlardan 1 nəfərin sağaldığı bildirilir.
Qeyd edək ki, Ermənistanda ilk koronavirus infeksiyası faktı martın 1-də təsdiqlənib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 181 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 246 000-ə çatıb. 10 048 nəfər isə virus səbəbi ilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.