Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Neftçalanın icra başçısı MirHəsən Seyidov Aprel şəhidlərinin məzarını ziyarət edib



Newscenter.az.2.04.2020
. Aprelin 2-də Neftçala Rayon İcra Hakimiyyətinin başçısı MirHəsən Seyidov və yerli icra nümayəndələri Aprel döyüşlərinin əsas qəhrəmanlarından olmuş və qazanılan zəfərdə böyük şücaətlər göstərmiş şəhidlərimiz, Milli qəhrəman mayor Samid İmanov və kiçik gizir Elmidar Səfərovun məzarlarını ziyarət ediblər.

Newscenter.az-a Rayon İcra Hakimiyyətindən daxil olan xəbərə görə, şəhidlərimizin ailə üzvlərinə başsağlığı verən rayon rəhbərliyinin nümayəndələri Azərbaycan xalqının bu cür vətənpərvər oğullarını heç vaxt unutmayacağını bildiriblər. O da qeyd edilib ki, Aprel zəfəri işğalçı ölkəyə, bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, Ermənistanın əldə etdiyi "uğurun" isə müvəqqəti xarakter daşıdığını və gec-tez ədalətin bərpa olunacağını göstərdi.

Mehman
Xəbəri paylaş